19 yanvar 2025 at 15:27
Jurnalist kodu: 5564
Xəbər kodu: 85724196
T T
0 Persons
İran xəstəxanaları peycerlərin partlaması terror aktında yaralanan 500 livanlını qəbul edib

Tehran - İRNA - Səhiyyə, Müalicə və Tibbi Təhsil nazirinin baş köməkçisi Livanda baş verən dəhşətli terror hadisəsinə və səhiyyə sisteminin bu hadisədə yaralananlara xidmət göstərmək səylərinə toxunaraq deyib: “Bu hadisənin ilk həftəsində ölkəmizin xəstəxanalarına 500 yaralı daxil olub, ilk bir ayda onlar üçün 1500-ə yaxın cərrahiyyə əməliyyatı aparıldı.”

Əli Cəfəriyan bazar günü Zirvə zalında Livanda peycer terror hadisəsinin qurbanlarına yardım edən həkim və tibb bacılarının təqdir olunması mərasimində deyib: “Səhiyyə sistemi bu hadisənin ilk anlarından yaralıları qəbul edib müalicə etməyə hazır olduğunu açıqladı, nəhayət, bu yaralıların köçürülməsinə və xidmətlərin göstərilməsinə nail oldu.”  

Səhiyyə nazirinin baş köməkçisi Səhiyyə Nazirliyi rəsmilərinin livanlı yaralıların qəbul olunduğu xəstəxanalara təqib və gündəlik ziyarətlərini açıqlayaraq deyib: “Təcili yardım həmkarları ilk həftədə yaralıları çatdırmaq üçün gündə 20-30 təcili yardım maşını nəzərdə tutdular və yaralıların bəziləri də Məşhədə aparıldı.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .